BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ Səudiyyə Ərəbistanını cəzalandıra bilər

Səudiyyə Ərəbistanı Vaşinqtonu deyil, Moskvanı seçdi və bunun üçün ABŞ bu ölkəni cəzalandıra bilər.

 

Pravda.az xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy” jurnalı yazır.

 

Məqalədə qeyd olunub ki, Bayden fürsətdən istifadə edərək, Amerikanın Səudiyyə Ərəbistanı ilə münasibətlərini əsaslı şəkildə yenidən nəzərdən keçirməli, bütün silah satışlarını dayandırmalı və ölkənin hərbi texnikasının təmiri və texniki xidmətinə dair müqavilələri ləğv etməlidir.

 

 

 

 

Bildirilib ki, Səudiyyə Ərəbistanı “ərəb baharı”ndan sonra həm Rusiya, həm də Çinlə əlaqələri gücləndirməyə başlayıb. Lakin buna baxmayarq ABŞ Səudiyyə Ərəbistanına təhlükəsizlik sahəsində dəstəyini davam etdirdi. Səudiyyəlilər ABŞ-ın tərəfdaşlığındansa, Rusiya və Çinə daha çox ehtiyacları olduğunu hiss etdilər. Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman hesab edir ki, ABŞ hökuməti ilə bağlı seçim yoxdur və onu dəstəkləməkdə davam edəcək.

 

Məqalədə qeyd edilib ki, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin davamlı olaraq möhkəmlənməsi ABŞ üçün böyük itki olacaq.

 

Leyla

Tarix: 24 Mart 2022, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin