BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mərkəzi Bankın rəsmi məzənnəsinin əhəmiyyəti yoxdur, dollar almaq mümkün deyil”

“Rusiya 2021-ci ildə Avropa və Türkiyəyə 185,1 mlrd. m3 qaz ixrac edib. Rusiya keçən ilTürkiyəyə 32 mlrd. m3-ə yaxın qaz ixrac edib ki, bu da uzunmüddətli müqavilələrlə tənzimlənir, qiymət də 2026-cı ilə qədər neft qiymətlərinə bağlı formulla müəyyənləşdirilir. Yəni, Rusiya Türkiyəyə satdığı qazın şərtlərini dəyişdirə, qiymətlərini özbaşına yüksəldə bilməz. Türkiyə həm də Rusiya qazının tranzitini həyata keçirir, Moskva Türkiyə üçün qiyməti özbaşına artırsa, rəsmi Ankara da tranzit haqqını artıracaq. Rusiyanın Avropa ölkələrinə satdığı qazın keçən il ortalama qiyməti hər 1000 m3 üçün cəmi 274 dollar olub, çünki Rusiya qazı Avropaya daha çox boru xəttləri ilə satır (Şimal Axını-1 ilə 55 mlrd. m3, qalanı isə Ukrayna, Türkiyə üzərindən) – müqavilələrin 80% uzunmüddətlidir, qiymətlər, əsasən, neftə bağlı formulla hesablanır, müqavilələrin şərtləri çox sərtdir, Rusiya bunu birtərəfli poza bilməz. Rusiya satdığı qazın 20%-ni (LNG və spot bazarı) rubla keçirə bilər, amma bu ilin 1-ci yarısında etmək mümkün deyil, bunun üçün həm infrastruktur yoxdur, həm də müqavilələri ancaq ilin 2-ci yarısı yeniləmək mümkündür”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

Ekspertin sözlərinə görə, Rusiya Ukraynaya təcavüzü başlayarkən onsuz da öz şirkətlərinə (Qazprom, Sibneft, Rossneft və s.) valyuta mədaxillərinin 80%-ni Mərkəzi Banka satması ilə bağlı qarar vermişdi: “Onsuz da Rusiya öz neftinin və qazının 80%-ni dolayısı ilə rublla satır indi (Mərkəzi Bankın ehtiyatlarını artırmaq üçün), indi Putin, “rublla qaz satacağıq” desə nə olur, deməsə nə olur ki?! Yaxşı, niyə nefti rublla satmaqla bağlı qərar vermədi? Çünki bu mümkün deyil, fyuçerslər təqribən 2 ay qabağa və dollarla fiksə edilir. Rusiya hətta öz qazının 20-30%-ni belə rubla çevirməyə nail olsa, yenə özünə ziyan vuracaq, çünki məzənnə fərqi sığortası işə düşəcək, qiymətlər oynaq olacaq, məzənnə fərqində Rusiya uduzacaq. Rusiya qiymətli kağızlar bazarı bir ay fasilədən sonra açıldı, cəmi 30 şirkətin qiymətli kağızı satışa çıxarılıb, alan Mərkəzi Bankdır (daha çox öz şirkətlərini dəstəkləmək üçün), indi birja yoxdur Rusiyada, çünki böyük məhdudiyyətlər var, alış-satışlara qadağalar var, qısa pozisiyalar qadağandır, bu artıq birja deyil. Gələk rubla, bu gün Mərkəzi Bankın rəsmi məzənnəsi boş şeydir, Mərkəzi Bankın rəsmi məzənnəsinin heç bir əhəmiyyəti yoxdur, o məzənnəyə dollar almaq mümkün deyil, alan ancaq Mərkəzi Bankdır, bu gün Rusiyada real satış məzənnəsi 1 dollar 135,67 rubl, 1 avro 145,33 rubldur. Məzənnə budur, hətta RBC belə təqdim edir. Bu gün Mərkəzi Bank alıcı kimi öz şirkətlərindən 1 dolları 96,20 rubla, 1 avronu isə 105,63 rubla alır yanaşma ilə əslində öz şirkətlərini çökdürür”.

 

Leyla

Tarix: 24 Mart 2022, 14:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin