BURADA REKLAMINIZ OLA
BİLƏR

NATO-ya üzv dövlətlər qərar verdi

NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Brüsseldə keçirilən fövqəladə iclasında alyansın müdafiəsinin gücləndirilməsi və Ukraynaya əlavə dəstəyin verilməsi ilə bağlı qərar qəbul olunub.

 

Pravda.az-ın xəbərinə görə, yayılan bəyanatda bildirilib ki, Rusiyanın hərəkətlərinə cavab olaraq, NATO-nun müdafiə planları işə salınır.

 

“NATO-nun birbaşa rəhbərliyi altında hava və dəniz qüvvələri ilə birlikdə şərq cəbhəmizə 40 000 hərbçi  yerləşdirdik.” - deyə qeyd olunub.

 

Alyans həmçinin Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada əlavə dörd çoxmillətli döyüş qrupları yaratdığını açıqlayıb.

 

Leyla

Tarix: 24 Mart 2022, 17:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin