BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Məmmədov: “İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələr Azərbaycanın zəfərinin möhkəmlənməsinə töhfə verəcək”

“İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımı ilə bağlı 4 yeni qətnamə qəbul etməsi dövlətimizin diplomatik uğuru kimi dəyərləndirilməlidir. Şükürlər olsun ki, Xarici İşlər Nazirliyi növbəti dəfə bu mövzuları əhatə edən qətnamələrin qəbul edilməsinə nail olub. Azərbaycanın növbəti diplomatik uğurunun əhəmiyyəti böyükdür. Ermənistan təxribatlara, Azərbaycan əleyhinə yönəlmiş yalan təbliğata son qoymalıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat qeyd edib ki, qətnamələrin qəbul edilməsi Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə uğurlu əməkdaşlığından xəbər verir: “Həmin təşkilat Azərbaycanın mövqeyini beynəlxalq aləmdə dəstəkləyən ən əsas qurumlardan biridir. Hesab edirəm ki, 57 üzv dövlət tərəfindən belə qətnamənin qəbul edilməsi ümumi prosesə, Azərbaycanın Zəfərinin möhkəmlənməsinə töhfə verəcək, eyni zamanda Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı münasibətləri daha da inkişaf edəcək. Həmin qətnamələr Azərbaycanın haqlı mövqeyinin hər zaman dəstəklənəcəyinə işarədir”.

 

Nəzrin Cavid

Tarix: 24 Mart 2022, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin