BURADA REKLAMINIZ OLA
BİLƏR

Çin ABŞ-a səsləndi: Üzr istəyin

Çin Amerika Birləşmiş Ştatlarını Yuqoslaviyanın bombalanmasına görə üzr istəməyə çağırıb.

 

Pravda.az xəbər verir ki, bunu Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Xua Çunyunq deyib.

 

"ABŞ və NATO 23 il əvvəl Yuqoslaviya da daxil olmaqla digər dövlətlərə vurduğu ziyana görə üzr istəməyincə, heç bir ölkəni mühakimə etmək iqtidarında deyil. NATO-nun Yuqoslaviyaya endirdiyi zərbələr nəticəsində 2000-dən çox dinc sakin həlak olub, minlərlə insan yaralanıb və 200.000-dən çox insan evlərini itirib. ABŞ və NATO eyni zamanda İraq, Suriya və Əfqanıstan xalqlarına vurduqları zərər üçün də üzr istəməlidirlər".

 

X.Çunyunq qeyd edib ki, Çin rəsmiləri Ukrayna məsələsində Qərb ölkələrinin mövqeyini dəfələrlə tənqid ediblər: “Ukrayna hadisələri kontekstində NATO, ABŞ və Qərb mediasını münaqişələrin qurbanları ilə bağlı ikiüzlü mövqedə ittiham etmişik. Lakin münaqişələr zamanı dinc əhali arasında qurbanlardan söhbət gedəndə, İraq, Əfqanıstan, Suriya, Fələstin və Yuqoslaviyada həlak olanlara görə Qərb ölkələri heç bir narahatlıq nümayiş etdirməyiblər".

 

Leyla

Tarix: 24 Mart 2022, 17:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin