BURADA REKLAMINIZ OLA
BİLƏR

Deportasiya Qurbanları Mərkəzinə yeni sədr seçildi

Departasiya Qurbanları Mərkəzinin İdarə Heyətinin iclası keçirilib.

Mərkəzdən Pravda.az-a verilən məlumata görə, iclasda təşkilati və cari məsələlər müzakirəyə çıxarılıb. Müzakirələr zamanı istiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilovun təklifi ilə Köçəri Nağıbəylinin təşkilatın sədri seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Xalq şairi Vahid Əziz, professor Eldar Abbasov və Paşa Qəlbinur, general Əli Ömərov, politoloq Eldar Namazov və digər ziyalılar bu təklifi dəstəkləyib.

İdarəyə Heyəti həmçinin buna qədər təşkilata sədrlik edən Eldar Namazova fəaliyyətinə görə təşəkkür edib.

İclasda həmçinin deportasiyanın 30 illiyinin qeyd edilməsi haqda qərar çıxarılıb. Bu məqsədlə tədbirlərin keçirilməsi, bu tarixi hadisənin gündəmdə saxlanılması razılaşdırılıb.

 

Tarix: 22 Noyabr 2019, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin