BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Qarabağda anti-terror əməliyyatına başlayarsa, Qərbin reaksiyasi necə olacaq?

“Azərbaycan ordusu Qarabağda erməni separatçılarına qarşı anti-terror əməliyyatına başlayarsa, Qərbin reaksiyasi necə olacaq, bizə təzyiq edərlərmi? ABŞ və Avropa İttifaqı Ukraynadakı işğalçı müharibəyə görə Rusiyaya qarşı sərt sanksiyalar həyata keçirir. Qarabağda isə erməni separatçılarını qoruyan və bəsləyən məhz rusiyalı hərbçilərdir. İndi ordumuz Qarabağda mövqelərini irəli çəkərsə Qərbin Rusiya ordusunun nəzarətində olan erməni separatçılarına dəstəyi Rusiyaya qarşı sanksiya fonunda ziddiyət təşkil edəcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu qeyd edib ki, Rusiya qazından asılılığını azaltmağa çalışan Avropa İttifaqı Azərbaycandan qaz nəqlini artırmağa çalışarkən Qarabağda hədəflərə çatmaqda Azərbaycana mane olmayacaq: “Heç İkinci Qarabağ müharibəsində də bizə mane olmadılar, bəziləri ermənilərin xeyrinə bir neçə açıqlama verdi, bununla da işini bitmiş hesab etdi”.

 

Nadir

Tarix: 24 Mart 2022, 20:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin