BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənov: "Qadınların səsvermə hüququ məhdudlaşdırılmalıdır"

Azərbaycanın tanınmış vəkili Əkrəm Həsənov qadınların səsvermə hüququnun məhdudlaşdırılmasını təklif edib.

 

Pravda.az-ın xəbərinə görə, o bildirib ki, Rusiyada müharibəni qadınlar kişilərdən daha çox dəstəkləyir.

 

"Hitleri də qadınlar daha çox dəstəkləyirdi. İbtidai-icma quruluşunda hər qadın qəbilə başçısının arvadı olmaq istəyirdi. Həmin instinkt qadınların çoxunda hələ də çox güclüdür. Məktəbli qızlar da xuliqanları daha çox sevir. Tövsiyə edirəm ki, qadınların səsvermə hüququ məhdudlaşdırılsın, ən azı iki qadının səsi bir kişinin səsinə bərabər olmalıdır" - Ə.Həsənov qeyd edib.

 

Nadir

Tarix: 24 Mart 2022, 22:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin