BURADA REKLAMINIZ OLA
BİLƏR

KXCP-nin qurultay qərarı müzakirələrə səbəb oldu – Mirmahmud Mirəlioğlu sədrlikdən gedir?

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) IV qurultayı martın 27-də keçiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, qurultay onlayn formatda baş tutacaq.

 

Tədbirin onlayn keçirilməsi qərarı müzakirələrə səbəb olub. Partiya üzvləri sosial şəbəkələrdə ciddi etiraz ediblər. Bildirilib ki, karantin qaydaları yumşaldılıb, ona görə də qurultay ənənəvi qaydada keçirilməlidir. Tədbirin onlayn təşkil edilməsinin başqa məqsədlərə xidmət etdiyini qeyd edənlər də olub.

 

Qeyd edək ki, KXCP-nin 2015-ci ildə keçirilən qurultayında sədr seçilən Mirmahmud Mirəlioğlu bildirmişdi ki, növbəti qurultayda namizədliyini irəli sürməyəcək. Buradan belə başa düşülür ki, M.Mirəlioğlu sədrlikdən gedir, partiyaya başqa şəxs rəhbərlik edəcək.

 

Kamal

Tarix: 25 Mart 2022, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin