BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycanın Ukraynaya dəstəyi inkar edilə bilməz, bunu ifadə etmək üçün mitinqə ehtiyac yoxdur”

“Razılaşdırılmış mitinq keçirmək hər bir Azərbaycan vətəndaşının haqqıdır. Amma hesab edirəm ki, indiki vəziyyətdə - pandemiya şərtlərinin tam aradan qaldırılmadığı vaxtda mitinq təşkil etmək lazım deyil. Ümumiyyətlə, Ukraynaya dəstəklə bağlı Rusiya və Qərb dövlətlərində mitinqlərin təşkilini daha yaxşı başa düşmək olar. Nəzərə almaq lazımdır ki, onların Ukrayna və NATO ilə bağlı maraqları var”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Milli Şuranın aprelin 2-nə təyin etdiyi Ukraynaya dəstək aksiyası ilə bağlı danışarkən deyib.

 

Deputat qeyd edib ki, Azərbaycan cəmiyyətinin Ukraynaya dəstəyi inkar oluna bilməz, amma məncə, həmin dəstəyi ifadə etmək üçün mitinqə ehtiyac yoxdur: “Burada subyektiv meyillər müşahidə edilir. Milli Şura sanki deyir ki, “mən də varam, Ukraynanı müdafiə edirəm”. Hesab edirəm ki, ölkədə Ukrayna problemi ilə yanaşı daha ciddi, milli prioritetlərimiz var. Yəni, Azərbaycan üçün Ukraynadan daha vacib olan Qarabağ və sosial problemlər kimi məsələlər qaldığı halda, niyə məhz Ukrayna?! Deməli, bir sıra qüvvələr fürsətdən istifadə edərək özünü göstərmək istəyir. İstənilən halda, razılaşdırılmış olarsa, mitinq keçirilməsi mümkündür”.

 

Nəzrin Cavid

Tarix: 25 Mart 2022, 11:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin