BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Badamov: “Milli Şura kimdir ki, Azərbaycanın dövlət mövqeyini kənara qoyaraq mitinq keçirir?!”

“Qanunvericiliyə əsasən, ölkədə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamış aksiyalar təşkil etmək qadağandır. Milli Şura belə bir addım atacaqsa, qanunu pozacaq. Xüsusi vurğulamaq lazımdır ki, onlar hər zaman müəyyən həssas məqamları əsas kimi götürərək özlərini reklam edirlər. İndi də şou yaratmaq niyyətindədirlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Milli Şuranın aprelin 2-nə təyin etdiyi Ukraynaya dəstək aksiyası ilə bağlı danışarkən deyib.

 

Deputat qeyd edib ki, Milli Şuranın Ukraynaya dəstək aksiyası keçirməsinə ehtiyac yoxdur: “Bu məsələdə Azərbaycanın dövlət siyasəti məlumdur. Milli Şura kimdir ki, Azərbaycanın dövlət mövqeyini kənara qoyaraq nümayiş keçirir?! Yəni, bu, tamamilə şou xarakterli çağırış və qanuna zidd davranışdır. Hesab etmirəm ki, Milli Şura belə aksiyanın baş tutmasına nail ola bilər”.

 

Nəzrin Cavid

Tarix: 25 Mart 2022, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin