BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov Baş nazirə müraciət ünvanladı, izah tələb etdi

Tanınmış hüquqşünas Aslan İsmayılov Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.

 

Pravda.az-ın xəbərinə görə, müraciətdə deyilir:

 

“Cənab Baş Nazir!

 

Bu gündən etibarən dünyadakı ağır durumda ölkəmlə bağlı məni narahat edən sualları hissə-hissə birbaşa Sizə ünvanlayacam.

 

İlk olaraq pandemiya ilə bağlı suallarımı ünvanlayıram, çünki insanların həm maddi, həm də psixoloji durumuna ən pis təsir edən pandemiya ilə bağlı məcburən tətbiq edilən qadağalardır. Ona görə də xahiş edirəm ki, pandemiya dövrü yoluxanların sayı 5 min nəfərdən artıq olan dövrdə tətbiq edilən aşağıdakı qadağaların bu gün yoluxanların sayının 21 nəfər olduğu dövrdə də qüvvədə olmasını mənə və digər vətəndaşlara izah edəsiniz:

 

- Vətəndaşların ölkəyə girişinə qadağalar,

 

- Qonşu dövlətlərlə quru (avtomobil) sərhədlərinin bağlı olması,

 

- Bəzi bağlı məkanlarda maska ilə girişin tələb olunması,

 

- İri iaşə obyektlərində vaksin və ya sair sertifikatların tələb olunması,

 

- Cürbəcür testlərin tələb olunması və sair qadağaların bu gün də davam etməsini.

 

Diqqətinizə çatdırıram ki, bu halların hamısı məmur təbəqəsi üçün korrupsiya mənbəyidir”.

 

Leyla

Tarix: 25 Mart 2022, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin