BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıdakı yanğın söndürüldü - YENİLƏNDİ

Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

***

14:11

 

Bakıda tikinti mağazası və anbarda yanğın başlayıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, “112” qaynar telefon xəttinə Xəzər rayonu, Mərdəkan qəsəbəsində tikinti materialları satışı mağazası və anbarında yanğın olması barədə məlumat daxil olub.

 

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Tarix: 25 Mart 2022, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin