BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Osmanov: “Əli Kərimlinin Ukraynaya dəstək mitinqi ilə bağlı çağırışı Azərbaycana qarşı təxribat və xəyanət cəhdidir”

“Ermənistan dövləti və erməni lobbisi tərəfindən Azərbaycana qarşı informasiya müharibəsi davam etdirilir. Təəssüf ki, bəzi beynəlxalq qurumlar da erməni lobbisinin təsiri altında bir sıra məsələlərdə Azərbaycan əleyhinə canfəşanlıq edirlər. Son dövrlər Xankəndidəki "təbii qaz şousu", Azərbaycanın guya Ermənistanın tarixi-mədəni irsinə zərər vurması ilə bağlı Avropa Parlamentinin qətnaməsi beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır. Belə bir məqamda Ermənistana, eləcə də erməni lobbisinə birbaşa xidmət edən Milli Şura, xüsusilə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də anti-azərbaycan mövqeyi sərgiləyir, Azərbaycana qarşı qərəzli və təxribat xarakterli mövqedən çıxış edir, beləcə, xəyanətkarlıq missiyasını davam etdirir. Bu, yolverilməzdir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Milli Şuranın aprelin 2-nə təyin etdiyi Ukraynaya dəstək aksiyası ilə bağlı danışarkən deyib.

 

Deputat qeyd edib ki, Əli Kərimlinin Ukraynaya dəstək mitinqi ilə bağlı çağırışı Azərbaycana qarşı təxribat və xəyanət cəhdidir: “İki məqsəd güdürlər. Birincisi, Azərbaycan dövlətinin müvafiq qurumları tərəfindən mitinqə icazə verilmədiyi halda, Əli Kərimli və ona diqtə edən erməni lobbisi Azərbaycana qarşı siyasi təzyiq həyata keçirsin. Bununla da, Azərbaycanın dünyada durmadan artan nüfuzuna xələl gətirmək istəyirlər. Bu davranış Azərbaycan dövlətçiliyinə xəyanət xarakteri daşıyır. İkincisi isə, Əli Kərimli ölkədə mitinq keçirməklə xaos və anarxiya yaradaraq ermənilərin arzuladığı 1990-cu illərin Azərbaycanını formalaşdırmaq istəyir. Yəni, Milli Şura yenidən Əli Kərimlilərin vaxtilə zəif və gücsüz hala saldığı Azərbaycanı görmək niyyətindədirlər. Əlbəttə ki, Əli Kərimlinin bu xəyanəti xalqımız tərəfindən ifşa olunmalı, heç kim belə təxribatlara uymamalıdır”.

 

Nəzrin Cavid

Tarix: 25 Mart 2022, 14:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin