BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Sülhə mane olan tərəf məhz Ermənistandır”

“Ermənistanın siyasəti tarix boyu daim səs-küy yaradaraq özünü qurban şəklində dünya ictimaiyyətinə təqdim etməkdən ibarət olub. Hazırda Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması nədirsə, real mənzərə də odur. Əgər Qarabağda hansısa gərginlik olsa idi, nazirlikdən rəsmi olaraq açıqlama verilərdi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat xalqı şayiələrə uymamağa, yalnız Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı məlumatlara inanmağa çağırıb.

 

“Hazırda Ermənistan hakimiyyətinin açıqlamaları heç də xoş deyil, onlar Azərbaycanı müharibə qığılcımlarını alovlandırmaqda günahlandırır və sülh istədiklərini açıqlayırlar. Lakin unudurlar ki, bir ildən çoxdur ki, sülhə mane olan tərəf məhz Ermənistandır. Çox pis haldır ki, erməni mənbələrinin yalan-yanlış informasiyalarını paylaşıb, tirajlayan sosial şəbəkə istifadəçiləri var", - deyə M.Cəfərov qeyd edib.

 

Nəzrin Cavid

Tarix: 25 Mart 2022, 15:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin