BURADA REKLAMINIZ OLA
BİLƏR

Xocalı, Əsgəran və Xanabadla bağlı açıqlama

“Qarabağda nə baş verir? Heç nə, Müdafiə Nazirliyinin açıqlamasından da göründüyü kimi Azərbaycan ordusu güc tətbiq etmədən, sadəcə, mövqeləri dəqiqləşdirir. Bunun orada yaşayan 120 min hay üçün böyük təhlükə yaratdığını deyən Ermənistanın baş naziri Nikol Paşinyan da haray-həşir salmamışdan öncə onların sayını dəqiqləşdirsə, pis olmazdı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Sahib Alıyev bildirib.

S.Alıyev qeyd edib ki, Rusiya qaynaqları Qarabağda 53-57 min hayın olduğunu bildirir, amma o rəqəm belə bəlli səbəblərdən şişirdilib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi,  ən çeşidli mənbələrdən əldə olunan məlumata görə oradakı hayların sayı 25 mini keçmir. Daha dəqiqi martın ortalarına qədər belə idi. Yəni Qarabağın Rusiya Hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayan hayların sayı Paşinyanın gətirdiyi statistikada göstəriləndən hardasa 5 dəfə az idi. Mart soyuqları düşəndən qaz təminatıyla bağlı yaranan problemdən sonra isə mümkündür ki, 6 dəfə azdır. Demək, Qarabağdakı hayların sayı şişirdildiyi kimi, onların üzləşdikləri "təhlükə" haqqında deyilənlər də həqiqəti əks etdirmir. Yeri gəlmişkən, mövqe dəqiqləşməsindən sonra Xocalı, Əsgəran və Xanabadın əl içi kimi göründüyü haqda bilgilər var. Hə, bir də bildirilir ki, mövqelərin dəqiqləşdirilməsi prosesi davam edir”.

 

Leyla

Tarix: 25 Mart 2022, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin