BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Bu, suveren hüququmuzdur və ikinci, üçüncü ölkələrlə müzakirə olunmur”

“Azərbaycan öz hərbi qüvvələrini özünün beynəlxalq hüquqla tanınan əraziləri daxilində, o cümlədən,  Rusiya sülhməramlı kontingentini müvəqqəti yerləşdiyi ərazilərimiz boyunca istənilən qaydada yerləşdirə, mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsini həyata keçirə bilər. Bu bizim daxili məsələmiz, beynəlxalq hüquqla təsbit olunan suveren hüququmuzdur və suverenliyimizlə bağlı heç bir məsələ 2-ci, 3-cü ölkələrlə müzakirə olunmur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

 

Deputatın sözlərinə görə, Azərbaycanın hərbi birliklərinin sərhədlər daxilində yerləşmə trayektoriyasına dair istənilən bəyanat Azərbaycanın daxili işinə qarışmaq cəhdi kimi qiymətləndirilməlidir: “Cənab İlham Əliyev il yarım əvvəl Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinin nə ilə nəticələnə biləcəyini dünyaya nümayiş etdirdi. Bu baxımdan indi İrəvan reallıqla barışmalı, mümkün ağır nəticələri qabaqcadan dərk edib qəsdən isterikaya səbəb ola biləcək ab-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən qəti şəkildə çəkinməlidir”.

 

Leyla

Tarix: 26 Mart 2022, 07:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin