BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistan həyasız davranışlarına son qoymalıdır, əks halda, Azərbaycan anti-terror əməliyyatlarına başlayacaq"

"Qarabağda yaranan gərginlik 2020-ci 10 noyabr bəyanatında nəzərdə tutulan öhdəliklərə əməl edilməməsi ilə bağlıdır. Əlbəttə ki, gərginliyi yaradan Ermənistan tərəfidir. Vəziyyət müəyyən mənada ona görə gərginləşib ki, erməni separatçıları Azərbaycan tərəfinin yol çəkmək üçün işə cəlb edilən işçilərini atəşə tutub. Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, atəşkəsə əməl olunmayıb. İstənilən halda, Azərbaycan qabaqlayıcı tədbirlər görür, lakin anti-terror əməliyyatına başlamayıb. Ermənistan əgər belə davam edərsə və təxribatlara son qoymazsa, anti-terror əməliyyatına başlamaqdan başqa yolumuz qalmayacaq".


Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

 




Politoloq bildirib ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Rusiya rəhbərliyinin başının qarışıq olduğunu və hadisələrə bir o qədər də diqqət ayıra bilmədiyini görən Ermənistan bundan yararlanaraq süni gərginlik yaratmağa çalışır: "Onlar riyakarlıq siyasətlərini davam etdirirlər. Paşinyan isə siyasətçi olmadığı üçün zaman-zaman küyə düşən, publikaya işləyən adamdır. Ona görə də yenə sərsəm bəyanatlar verməyə başlayıb. Azərbaycan Ordusu isə, əlbəttə ki, özbaşına hərəkət etmir, burada dövlət maraqları əsasdır. Yəni, Qarabağda gərginliyin yaranmasında Azərbaycanın heç bir marağı yoxdur. Təəssüf ki, maraqların təmin olunmamasında Rusiya sülhməramlı qüvvələrinin də kifayət qədər mənfi rolu var. Nəzərə almaq lazımdır ki, Qarabağda 1960 nəfər əvəzinə 10 minə yaxın rus qoşunu var. Ukraynada baş verən hadisələrlə bağlı həmin ordunun bir hissəsi Qarabağdan çıxarılsa da, gərginlik qalmaqdadır. Odur ki, Ermənistan həyasız davranışlarına son verməlidir, əks halda, Azərbaycan anti-terror əməliyyatlarına əl atacaq".


Nəzrin Cavid

Tarix: 26 Mart 2022, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin