BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya sülhməramlı kontingenti Qarabağdan çıxarılır?

"Rusiyanın Qarabağdakı hərbi kontingentinin bir hissəsini Ukraynaya göndərməsi və ya ümumiyyətlə bütün kontingenti ərazimizdən çıxarması Azərbaycanın maraqlarına cavab verir".


Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.


E.Şahinoğlunun sözlərinə görə, bu, Ermənistan silahlı qüvvələrinin və əlində silah olan separatçıların Azərbaycan ərazisini tərk etməsini sürətləndirər: "44 günlük müharibədə ağır şəkildə məğlub olan Ermənistanın və yerli separatçıların Azərbaycanla yenidən savaşacağı ehtimalı azdır. Savaşmaq istəsələr belə nəticənin necə olacağı hamıya bəllidir. Rusiya hərbçilərinin Qarabağdan çıxarılması Rusiya və Azərbaycan prezidentlərinin fevralın 22-də imzaladıqları bəyanatın ruhuna da uyğundur. Bundan sonra Qarabağın tamamında, o cümlədən Xankəndidə Azərbaycan qanunlarının icrası təmin olunar, qanunlarımızla yaşamaq istəyən ermənilərin sosial problemlərinin həlli yoluna qoyular. Hadisələrin bu istiqamətdə inkişafı Ermənistanı da Qarabağ separatçılarına siyasi və maliyyə dəstəyi yükündən qurtaraq, İrəvanla Bakı arasında danışıqların axarına müsbət təsir edərdi".


Leyla

Tarix: 26 Mart 2022, 13:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin