BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Əhmədov: ""Poz, qazan" lotoreyası insanlara müəyyən qədər vəsait əldə etmək imkanı verir"

"Poz, qazan" ani lotoreyasına son dövrlər tələbat artıb. Lotoreyada müəyyən məbləğdə uduşların olması insanların bu işə cəlb olunmasına şərait yaradır. İstənilən halda, "Poz, qazan" lotoreyasına qadağa qoyulmasına əsas yoxdur".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.


Deputat qeyd edib ki, "Poz, qazan" lotoreyasına tələbatın artmasında ciddi problem yoxdur: "Hesab edirəm ki, lotoreya oyunları insanlara müəyyən qədər vəsait əldə etmək imkanı verir. Ümumiyyətlə, Türkiyədə belə lotoreya oyunlarından istifadə həddən artıq geniş yayılıb. Ölkədə də həmin metodlardan istifadə tələbatın artmasına səbəb olub. Yəni, belə lotoreyaların istifadəsinə qadağa və ya məhdudiyyət qoyulması doğru deyil. Qanunvericiliyə əsasən, lotoreya oyunları idarəetməyə verilib. Ciddi narahatlığa əsas yoxdur".


Nəzrin

Tarix: 26 Mart 2022, 13:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin