BURADA REKLAMINIZ OLA
BİLƏR

"ABŞ Dövlət Departamentinin Qarabağda yaşanan hadisələrlə bağlı mövqeyi ermənilərə xidmət edir"

"ABŞ Dövlət Departamentinin Qarabağda yaşanan hadisələrlə bağlı mövqeyi ermənilərə xidmət edir. Departament xüsusilə son günlərdə Ermənistanın təxribat xarakterli addımları və sülh prosesinə zərbə ola biləcək davranışına obyektiv və qərəzsiz mövqe bildirmək əvəzinə, Azərbaycanı günahlandırır. Sanki Ermənistanın burada heç bir məsuliyyəti yoxdur. Bu, bir daha göstərir ki, ABŞ 30 il ərzində ATƏT-in Minks Qrupunun həmsədr dövlətlərindən biri olsa da, öhdəliklərini lazımi səviyyədə yerinə yetirə bilməyib. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı mövqeyini ifadə edib və haqlı olaraq qeyd edib ki, ABŞ ötən 30 il ərzində münaqişənin tənzimlənməsinə heç bir töhfə verməyib".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porterin Azərbaycanla bağlı mövqeyinə münasibət bildirərkən deyib.



Deputat bildirib ki, ABŞ vasitəçilik missiyasını üzərinə götürən dövlət kimi heç bir halda obyektiv mövqe sərgiləməyib: "Hazırda da postmünaqişə dövründə ATƏT-in Minsk Qrupunun vacibliyi ABŞ tərəfindən vurğulanır. Onlar mütəmadi olaraq, status məsələsini gündəmə gətirir, "Dağlıq Qarabağ" ifadəsini işlədirlər. Yəni, ABŞ bu cür davranışı ilə postmüharibə dövründə həllini gözləyən məsələlərə nəinki töhfə vermir, hətta əngəlləyici rol oynayır. Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın bu mövqeyi Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranmış reallıqlar fonunda formalaşmayıb. Onlar elə müharibə dövründə və sonra da status-kvo ilə bağlı bəyanatlarla yadda qalıblar. Yəni, Azərbaycanın Rusiya ilə hazırkı münasibəti belə mövqenin sərgilənməsi üçün səbəb ola bilməz. Azərbaycan kifayət qədər balansı və beynəlxalq hüquqa uyğun siyasət həyata keçirir".


Nəzrin Cavid

Tarix: 26 Mart 2022, 15:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin