BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Rusiya Müdafiə Nazirliyinin özbaşınalığı prezidentə qarşı açıq tabesizlik, qiyam xarakteri daşıyır”

“Rusiya Müdafiə Nazirliyinin həqiqəti əks etdirməyən açıqlaması, nazirliyin rəsmi saytındakı məlumatlarda "Dağlıq Qarabağ" terminindən istifadə 10 noyabr bəyanatına, Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti müqaviləsinə, o cümlədən, Rusiya prezidentinin rəsmi mövqeyinə tamamən ziddir. Rusiya Müdafiə Nazirliyinin ayrı-ayrı səlahiyyətlilərinin bu özbaşınalığı Azərbaycana qarşı hörmətsizlik, Rusiya prezidentinə qarşı isə açıq tabesizlik, qiyam xarakteri daşıyır və dərhal qarşısı alınmalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

 

Deputatın sözlərinə görə, bu cür təxribatlarla tərəflərin milli maraqlarına cavab verən müttəfiqlik münasibətinə kölgə salınması cəhdləri yolverilməzdir: “Artıq, hər kəs anlamalıdır ki, regionda sülh və təhlükəsizliyin təmininə yönəlmiş addımlarımıza heç kəs mane ola bilməz və bölgə xalqlarının rifahı naminə istədiyimiz konfiqurasiyaya nail olana qədər səylərimiz davam edəcək. Xalqımız isə əmin olsun ki, beynəlxalq hüquq rəhbər tutulmaqla, həmrəyliyimiz, hərbi gücümüz və müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində bütün sahələrdə qələbələrimizin davamı gələcək”.

 

Nadir

Tarix: 27 Mart 2022, 01:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin