BURADA REKLAMINIZ OLA
BİLƏR

Araik Artunyan Xocalı ərazisinə gəldi

Qarabağdakı erməni terrorçularının başçısı Arayik Arutyunyan keçmiş Əsgəran rayonu ərazisində olub.

 

Pravda.az xəbər verir ki, terrorçu Araik Azərbaycan Silahlı Qüvvələrinin hərəkətliliyindən təşvişə düşən erməni sakinlərini sakitləşdirmək üçün bu əraziyə gəlib. Məlum olur ki, Arutyunyan Xocalı rayonunun Pirlər və Xanabad kəndlərində olub.

 

O, əmin edib ki, vəziyyətin sabitləşməsi üçün bütün tədbirlər görülür, sülhməramlılar azərbaycanlıların ilkin mövqelərinə qaytarılması üçün çalışırlar.

 

Ermənilər iddia ediblər ki, martın 24-də Azərbaycan Silahlı Qüvvələri "təmas xəttini keçərək” Fərrix qəsəbəsini və "artsax”ın (?!) bir neçə mövqelərini işğal edib. "Hərəkət sülhməramlılar tərəfindən dayandırılıb. Daha sonra Azərbaycan tərəfi hücum PUA-larından istifadə etməklə AO-nun mövqelərini atəşə tutub. Üç erməni əsgəri həlak olub, daha 15-i yaralanıb”, erməni mənbələri bildirib.

 

Musavat.com

Tarix: 27 Mart 2022, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin