BURADA REKLAMINIZ OLA
BİLƏR

Köçkün ailələri ilə Razılaşma Protokolu imzalanır — Qarabağa qayıdış prosesinə start verildi

Ölkənin müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərin azad olunmuş bölgələrə qayıtması üçün sənədləşmə işlərinə start verilib.

 

Pravda.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya hökumətdəki mənbələr deyib.

 

Məlumata görə, Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinə bununla bağlı təlimat verilib.

 

Təlimata görə, komitə əvvəlcədən müəyyən  edilmiş rayon və kəndlərin sakinləri ilə qayıdışla əlaqədar olaraq İlkin Razılaşma Protokolunu imzalamalıdır.

 

Artıq belə Protokol Ağdam şəhəri və şəhərə birləşdiriləcək ( Çuxurməhlə, Keştazlı, Qarazeynallı, Qullar, Seyidli, Bozpapaqlar, Sarıhaclı, Muradbəyli, Pərioğlullar, Ağdamkənd) kəndlərində daimi qeydiyyatda olan sakinlərin ailə başçıları ilə imzalanıb.

Tarix: 27 Mart 2022, 17:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin