BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyev: “Rusiya ilə dil tapmağa cəhd etməliyik”

“Planetimizdə 2-3 yaramaz diktator var və onların içərisində ən təhlükəlisi bizim payımıza düşüb. Çünki o, bizim qonşumuzdur, çox böyük ərazisi, əhalisi və nüvə silahı var. 1947-ci ildən camaatını ac-yalavac saxlayaraq pullarını nüvə potensialını artırmağa xərcləyən bu əcaib ölkənin başında əcaib paranoid, təkəbbürlü “KGB” podpolkovniki durub və hamını hədələyir. Bu adamın siyasətini dəstəkləyən yer kürəsində  kiçik ölkə belə yoxdur. Ən yaxın silahdaşı hesab etdiyi Belarus diktatoru Lukaşenko da fürsət tapsa, bıçağı kürəyindən soxar. Çin bu adamın dəli olduğunu anlayır və ondan əsl rəqibləri olan Avropa və ABŞ-a qarşı müqəvva kimi istifadə etməyə üstünlük verir. Bu təhlükəli şəxs Çinin Sibiri ələ keçirmək strateji planının həyata keçirilməsini tezləşdirə bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

 

R.Quliyev qeyd edib ki, bu adam qonşuları üçün çox böyük təhlükə yarada biləcək, şəhərlərini viran edə biləcək birisidir: “Hansısa ağıldankəmlərin Azərbaycanın siyasətini tənqid etməsi qeyri-ciddidir. Rusiyanın əlində “kozir” olan kinjal raketləri Xəzər dənizindədir. Qarabağda uğur əldə etmək istəyiriksə, gözləməyi bacarmalı və Rusiya ilə dil tapmağa cəhd etməliyik”.

 

Kamran

Tarix: 27 Mart 2022, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin