BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Naqif Həmzəyev: “Fərrux zəfəri göstərir ki, cənab İlham Əliyev nə vaxt, nəyi, necə etmək lazımdır, yaxşı bilir”

“Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusu döyüşərək torpaqlarımızı işğaldan azad etdi, sərhədboyu möhkəmləndi. Post-münaqişə dövründə cənab İlham Əliyevin göstərişi və nəzarəti ilə Silahlı Qüvvələrimiz maddi-texniki bazasını daha da zənginləşdirə bildi. Müharibədən sonra Azərbaycan diplomatik müstəvidə uğurlarını davam etdirdi. Faktiki olaraq region dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü və zəfərini tanıdılar. Ermənistan tərəfi kapitulyasiya aktını imzaladıqdan sonra öhdəlikləri yerinə yetirməyə, Azərbaycanla sülh danışıqları aparmağa məcbur edildi. Təəssüflər olsun, Ermənistan tərəfi bu prosesi yubadır. Burada ən çox ziyan görən və özünü təcrid vəziyyətinə salan Ermənistandır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

 

N.Həmzəyev qeyd edib ki, Azərbaycan region dövlətləri ilə əlaqələrini gücləndirir: “Yeni reallıqlar fonunda Azərbaycanın region dövlətləri ilə münasibətləri daha da inkişaf etdirilib. Azərbaycan Silahlı Qüvvələrinin Fərrux kəndini nəzarətə götürməsi növbəti zəfərimiz kimi dəyərləndirilməlidir. Fərrux zəfəri göstərir ki, cənab İlham Əliyev nə vaxt, nəyi, necə etmək lazımdır, yaxşı bilir. Bilirsiniz ki, birinci Qarabağ müharibəsində Fərrux zirvəsi uğrunda qanlı döyüşlər gedib, xeyli şəhid vermişik. Azərbaycan Ordusu bu zirvəni götürməklə Ağdamın təhlükəsizliyini tam təmin etmiş oldu. Bu ərazi Xankəndiyə və Xocalıya yaxındır. Əminliklə deyə bilərik ki, qısa zamanda digər kəndlərimiz də, zirvələrimiz də Azərbaycan Ordusunun tam nəzarətinə keçəcək. Biz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi, diplomatik və hərbi fəaliyyəti dəstəkləyirik. Ümid edirik ki, arzularımız, istəklərimiz ən qısa zamanda çin olacaq”.

 

Kənan Mirzəyev

Tarix: 27 Mart 2022, 19:20   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin