BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Fərrux əməliyyatı Prezidentin zamanlamanı nə qədər dəqiqliklə həyata keçirə bildiyini ortaya qoydu”

“Martın 26-da baş verənlər bir daha göstərdi ki, Azərbaycan bölgənin müstəqil iradə sahibi və diqtə edən güc mərkəzidir. Bu gücün təməlində də Azərbaycan xalqının həmrəyliyi, ordunun qəhrəmanlığı, döyüş ruhu və müzəffər Ali Baş Komandanın qətiyyəti dayanır. Bu qətiyyətin sayəsində biz növbəti zəfərimizi – Fərrux zəfərini əldə etdik. Fərrux kəndinin nəzarətimizə keçməsi nəinki Ağdamın, ətraf ərazilərin təhlükəsizliyini tam tam təmin etmiş oldu, eyni zamanda, bölgədə hələki sürünməkdə davam edən qanunsuz erməni silahlı dəstələrinin hərəkət və manevr imkanlarını da heçə endirdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

 

“Dünyaya sübut etdik ki, bölgə ilə qərarları kimləsə məsləhətləşmədən məhz Azərbaycan dövləti, müzəffər Ali Baş Komandan verir” deyən deputatın sözlərinə görə, Fərrux zəfərinə sülhə məcburetmə əməliyyatının mühüm həlqəsi kimi yanaşmalıyıq: “Fərrux əməliyyatı Azərbaycan Prezidentinin zamanlamanı nə qədər dəqiqliklə həyata keçirdiyini, daha doğrusu, nəyi, nə vaxt, necə ediləcəyini hər kəsdən daha yaxşı bildiyini ortaya qoydu. Damarında Azərbaycan qanı axan hər kəs özfəaliyyətdən çəkinməli və müzəffər Ali Baş Komandanın bundan sonrakı addımlarına tam mənada güvənməkdə davam etməlidir”.

 

Kənan Mirzəyev

Tarix: 27 Mart 2022, 19:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin