BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Fərrux kəndinin Azərbaycanın tam nəzarətinə keçməsi bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır"

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın tam nəzarətinə keçməsi bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Ermənilər Fərrux yüksəkliyindən istifadə edərək Ağdamda həyata keçirilən quruculuq işlərinə mane olmağa çalışırdılar. Artıq bu mümkün olmayacaq".


Pravda.az-ın xəbərinə görə, bunu deputat Ceyhun Məmmədov bildirib.


C.Məmmədov qeyd edib ki, Fərrux yüksəkliyi Qarabağın bir çox ərazilərinə nəzarət baxımından da xüsusi əhəmiyyət daşıyır: "Ermənilərin bu qədər hay-küy salmasının əsas səbəbi bu yüksəkliyin strateji əhəmiyyətidir. Birinci Qarabağ müharibəsi dövründə bu yüksəklik uğrunda Azərbaycan böyük itkilər vermişdi. Bu gün həmin yüksəklik uğrunda şəhid olan vətən övladlarının da ruhu şaddır. Bu bir daha onu göstərir ki, Prezident İlham Əliyev nəyi, necə, nə vaxt etməyi yaxşı bilir. Eşq olsun Müzəffər Ali Baş Komandana, Eşq olsun rəşadətli Azərbaycan Ordusuna!".

Nadir

Tarix: 28 Mart 2022, 00:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin