BURADA REKLAMINIZ OLA
BİLƏR

Müddət başa çatır

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə şagirdlərin qəbulu başa çatır.

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2022-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

 

İmtahanlarda iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək dim.gov.az saytında qeydiyyatdan keçməlidirlər.

 

Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılır.

 

Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcək. İmtahanın müddəti 90 dəqiqədir.

Tarix: 28 Mart 2022, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin