BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ayaz Mütəllibovun buraxdığı səhvlər xalqını sevməsindən, zorakılıq etmək istəməməsindən irəli gəldi"

Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovun fəaliyyəti çox ziddiyyətli olub. Hakimiyyətə can atan, Rusiya imperiyasının maraqlarına qulluq edən bəzi qaragüruh qüvvələr ona imkan versəydi, bir çox səhvləri olmazdı və Azərbaycan üçün çox müsbət işlər görə bilərdi.


Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.


A.İsmayılov qeyd edib ki, Mütəllibovun hakimiyyətdə olması həddindən artıq mürəkkəb dövrə düşüb: "Onun buraxdığı bir çox səhvlər də səmimiliyindən, xalqını sevməsindən, zorakılıq etmək istəməməsindən və qətiyyətli olmamasından irəli gəldi. Ayaz Mütəllibovun böyüklüyü isə səhvlərini etiraf etməsidir. Onun dövründə ən yüksək vəzifələr tutmuş əksər məmurlardan, siyasət adamlarından səmimi və sadəlövh olub. Ən böyük səhvi də Kremlin səmimiliyinə inanması, onun fitnə, fəsadlarından xəbərsiz olması idi. Bu həm də onun ən böyük faciəsi oldu".

Leyla

Tarix: 28 Mart 2022, 15:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin