BURADA REKLAMINIZ OLA
BİLƏR

"G7 ölkələri Rusiya qazının rublla ödənilməsi variantını qəbul etmir" - Robert Habek

G7 ölkələri Rusiya qazının rublla ödənilməsi variantını qəbul etmir. 

Pravda.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat naziri və vitse-kansler Robert Habek bildirib.

Onun sözlərinə görə, G7 ölkələrinin nazirləri ödəniş valyutasının dəyişdirilməsini imzalanmış müqavilələrin şərtlərinin pozulması kimi qiymətləndirir və bu səbəbdən şirkətlərindən rublla ödəniş etməməyi tələb ediblər.

Nazir Rusiyadan qaz nəqlinin dayandırılacağı təqdirdə nələrin baş verə biləcəyi sualına "bütün ssenarilərə hazırıq" cavabını verib.


Tarix: 28 Mart 2022, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin