BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəzada 3 nəfər öldü - Bakıda dəhşət

Bakıda “BMW-X5”, “Daewoo” və “Fiat” markalı avtomobillər toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb.

 

Toqquşma nəticəsində “Daewoo” və “Fiat” yaxınlıqdakı bataqlığa düşüb. Nəticədə “Daewoo”da olan sərnişin, 1970-ci il təvəllüdlü Fatimə Arif qızı Quliyeva və “Fiat”da olan, 1995-ci il təvəllüdlü Hikmət Məhəmməd oğlu Lətifov ölüblər. Qəza nəticəsində ölən digər qadının şəxsiyyəti hələlik məlum deyil.

Tarix: 26 Fevral 2020, 18:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin