BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Rusiya Azərbaycan saytlarına məhdudiyyət qoysa da, biz eyni addımı atmamalıyıq"

"Baxmayaraq ki, Rusiya Ukraynadakı hadisələri müharibə adlandırmır, lakin müharibə dövrünə xas olaraq informasiya azadlığına məhdudiyyət qoyur. Rəsmi Moskva xarici rusdilli media orqanlarını bağlayıb, daxili azad medianı məhdudlaşdırıb, beləcə, ölkədə yalnız rəsmi məlumatların yayımına icazə verilib. Yəni, Rusiyanın davranışı müharibə zamanı informasiya yayımının tam nəzarətə götürülməsi qərarına uyğundur".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.


"Rusiya Azərbaycan saytlarına məhdudiyyət qoysa da, biz eyni addımı atmamalıyıq" deyən deputat bildirib ki, Azərbaycanda internet, informasiya azadlığı mövcuddur: "Hesab edirəm ki, Rusiya saytlarına girişi qadağan etmək doğru olmaz. Azərbaycan əhalisi yalanla doğrunu seçməyə qadirdir".


A.Mollazadə qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin Fərrux kəndi ilə yaydığı informasiyalar Prezident Vladimir Putinin imzaladığı üçtərəfli bəyanatlara ziddir: "Bu, ölkədə müvafiq problemlərin təzahürüdür və diqqət mərkəzində saxlanılmalıdır. Çünki Qarabağda bilavasitə sülhməramlılar tərəfindən həyata keçirilən əməliyyatlar üçtərəfli bəyanatların məzmununa uyğun gəlmir. Fikrimcə, bu, dünya ictimaiyyətində də Rusiyada nələr baş verdiyinə dair şübhələr yaratmalıdır".


Nəzrin Cavid

Tarix: 28 Mart 2022, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin