BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyindən bu şəxslərlə bağlı açıqlama

Müdafiə Nazirliyi son günlər vətəndaşların sosial şəbəkələr vasitəsi ilə “Müharibə veteranı” adının verilməsi ilə bağlı yayımlanan müraciətlərinə cavab verib.

Müdafiə Nazirliyindən Pravda.az-a bildirilib ki, bəzi şəxslər “Müharibə veteranı” adının verilməsi ilə bağlı əsassız tələblərini sosial şəbəkələrdə yayımlamaqla ictimaiyyəti çaşdırmağa və aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin həllinə nail olmağa çalışırlar.

Azərbaycanda daha 197 nəfər COVID-19-a yoluxub, 10 nəfər vəfat edib

Təhsilin İnkişafı Fondu yaradılıb

Onlayn xəritələrdə təhrif edilmiş 100-dən çox coğrafi ad bərpa edilib

“Bildiririk ki, səfərbərliklə cəlb edilən bəzi vətəndaşlar tamamlama məntəqələrində olduqları üçün birbaşa döyüş əməliyyatlarında iştirak etmədiklərinə görə onlara “Müharibə veteranı” adının verilməsi Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun deyil.

Qeyd edək ki, bu mövzu ilə bağlı vətəndaşlardan daxil olan bütün müraciətlər əsasında məlumatların araşdırılması və qeydlərin düzgünlüyünün dəqiqləşdirilməsi işi davam etdirilir”, -deyə MN-dən bildirilib.

Tarix: 28 Mart 2022, 19:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin