BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda mağazadan oğurluq edib qaçan şəxs ətrafdakılara bıçaqla hücum etdi - VİDEO

Bakıda kişi bıçaqla şəhər sakinlərinə hücum edib.

 

Pravda.az-ın xəbərinə görə, Bakı Şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev hadisə paytaxtın Yasamal rayonunda yerləşən marketlərin birindən oğurluğa cəhd edən şəxs tərəfindən törədilib: “Onun hərəkətlərinin qarşısı satıcı tərəfindən alınarkən ona bıçaq xəsarəti yetirməklə, həmin ünvandan qaçmağa çalışıb. Ərazidə xidmətdə olan Yasamal Rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşlarının çevik və operativ müdaxiləsi ilə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan, 1977-ci il təvəllüdlü Ramin Cavadov saxlanılaraq, 27-ci Polis Bölməsinə təhvil verilib”.

 

E.Hacıyev qeyd edib ki, faktla bağlı araşdırmalar davam etdirilir.Oxu.az

 

Tarix: 26 Fevral 2020, 18:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin