BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Yaqublu və başının dəstəsinə Ukrayna səfirliyinin əməkdaşının verdiyi dərs bəs olmayıbmış”

“Ukrayna Prezidenti Volodimir Zelenskinin növbəti dəfə zəng edərək ölkəsinə humanitar dəstəyə görə cənab İlham Əliyevə təşəkkürünü bildirməsi Azərbaycanda bəzi dairələr üçün sanki qurbağa gölünə atılan daş oldu”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

 

B.Məhərrəmov xatırladıb ki, “Milli Şura” adlı radikal dərnək İlham Əliyev hakimiyyətini problemə laqeyd yanaşmaqda günahlandıraraq  Bakıda "Ukraynaya dəstək mitinqi" keçirmək arzusuna düşmüşdü: “Zamanlamaya diqqət edin, məhz indi, Qarabağ ətrafında təxribatların və bu fonda Azərbaycana xaricdən siyasi hücumların artdığı bir məqamda mitinq arzusu təsadüf ola bilərmi? Dövlətə eyni vaxtda həm xaricdən, həm daxildən koordinasiyalı şəkildə təzyiqləri artırmaq cəhdləri heç şübhəsiz ki, vahid mənbədən idarə olunur və Şuranın rəhbərliyi də öz cılız fərdi maraqları naminə bu sifarişlərə alət olmağa məmnuniyyətlə razıdır. Əlbəttə, seçim özlərinindir, amma bir dəyişməz həqiqət var ki, indiki mürəkkəb siyasi məqamda düşmənlə eyni səfdə hərəkət etməyin adı xəyanətdir. Zelenskinin zəngi isə bu xəyanətkarlar üçün ən gözəl cavab oldu. Görünür bir neçə həftə öncə Yaqublu və başının dəstəsinə Ukrayna səfirliyinin əməkdaşının verdiyi dərs bəs olmayıbmış”.

 

Leyla Yusubova

Tarix: 29 Mart 2022, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin