BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bazarstore” tibbi maskaya görə cərimələndi

Azərbaycanda tanınmış marketə cərimə protokolu yazılıb.

Pravda.az-ın xəbərinə görə, “Bazarstore” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-cü (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.


İş hakim Ülviyyə Şükürovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 6-na təyin edilib.


Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

Kamran Məmmədov 

Tarix: 29 Mart 2022, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin