BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan Rusiya-Ukrayna danışıqları öncəsi çıxış etdi: "Həyata keçirilən danışıqlar prosesi sülhə ümidləri artırır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri ilə danışıqlar başlamazdan öncə görüş keçirib.

 

Pravda.az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

 

“Hörmətli dostlar və nümayəndə heyətinin üzvləri, Türkiyəyə xoş gəlmisiniz. Sizi belə kritik zamanda qəbul etməkdən və sülhün bərqərar olması üçün səylərinizə töhfə verməkdən məmnunuq. Arzu edirəm ki, görüşləriniz və danışıqlarınız ölkələrinizə, regionumuza və bütün bəşəriyyətə faydalı olsun” – Ərdoğan çıxışında qeyd edib.

 

Ərdoğan əlavə edib ki, Rusiya və Ukrayna liderlərinin göstərişləri əsasında həyata keçirilən danışıqlar prosesi sülhə ümidləri artırır.

 

Leyla

Tarix: 29 Mart 2022, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin