BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiyada həqiqətən at izi it izinə qarışıb” – Osman Gündüz

“Rusiyada görünür ki, həqiqətən at izi it izinə qarışıb. Rusiya vətəndaşı əgər ekstremist deyilsə, “Facebook” və “İnstagram”dan istifadə edə bilər. Bununla bağlı Moskvanın Tver məhkəməsinin qərarında qeyd edilib. Bir müddət öncə, 21 mart tarixdə adı çəkilən məhkəmə Rusiya Baş Prokurorluğunun müraciəti əsasında “Facebook” və “İnstagram”ın fəaliyyətini ekstremist olaraq dəyərləndirmiş və Rusiya ərazisindəki fəaliyyətini qadağan etmişdi. Buna səbəb isə “Facebook” və “İnstagram”ın  sahibi olan Meta platformasının qaydalarında  rusiyalılara qarşı zorakalığa çağırışlara qadağanın müvəqqəti olaraq aradan qaldırılması olmuşdu. Yəni, yeni qaydalara görə Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı bir sıra ölkələrin istifadəçiləri adı çəkilən şəbəkələrdə rusiyalılara qarşı nifrət və zorakalırq çağırışları, Putinə qarşı ölüm çağırışları edə bilərdilər. İndi belə anlaşılır ki, “Facebook” və “İnstagram” Rusiya üçün yenə ekstremistdir, amma ondan istifadə edən rusiyalı isə ekstremist deyilsə, demək, o, bu sosial resurslardan sərbəst istifadə edə bilər və  burada hər hansı hüquq pozuntusu yoxdur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

 

“Görünür ki, Rusiya gec də olsa, informasiya müharibəsində uduzduğunun fərqindədir. Onlara indi məlum olub ki, təkcə “VKontakte” və “Odnoklassik”i ilə uzağa getmək mümkün olmayacaq” – ekspert qeyd edib.

 

Leyla

Tarix: 29 Mart 2022, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin