BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Osmanov: “Ukrayna Azərbaycanın mövqeyindən razıdırsa, Milli Şura niyə belə addım atmaq qərarına gəlib?!”

“Anti-azərbaycan fəaliyyətini davam etdirən Milli Şuranın və xüsusilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının və partiyanın sədri Əli Kərimlinin Ukraynaya dəstəklə bağlı mitinq çağırışları etməsi xəyanətkarlıq missiyasının bariz nümunəsidir. Onlar erməni lobbisindən aldıqları tapşırıqları icra edirlər. Əli Kərimli hansısa dövlətə dəstək vermək gücündədirsə, elə 30 il müddətində özünə dəstək verərdi. Keçirdikləri mitinqlərdə 3 nəfər yuxarıda danışır, 6 nəfər də aşağıda plakat tutaraq onları alqışlayır. Bu, hansısa sosial gücdən xəbər vermir. İndi isə Ukraynaya dəstək adı altında Əli Kərimliyə dəstək verən axtarırlar”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən gün Prezident İlham Əliyevə zəng edərək minnətdarlığını ifadə etməsi Ukrayna dövlətinin və xalqının Azərbaycanın mövqeyindən razılığını sübut edir: “Sadəcə olaraq, Milli Şura ölkədə qarışıqlıq yaratmaq niyyəti güdür. Bu addımla paralel olaraq Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək istəyir. Maraqlıdır, Ukrayna Azərbaycanın mövqeyindən razıdırsa, xəyanətkar qruplaşma olan Milli Şura niyə belə addım atmaq qərarına gəlib? Mənzərə aydındır, deməli, onlar Ukraynadakı gərgin vəziyyətdən istifadə edərək özlərinə sosial dəstək axtarışındadırlar. Əlavə olaraq isə, ölkədə xaos, anarxiya, müəyyən qarşıdurmalar yaratmaq, belə həssas dönəmdə diqqəti Azərbaycana yönəltmək istəyirlər. Əlbəttə ki, bütün bunlar Əli Kərimliyə erməni lobbisi və ya onun təsiri altında olan hansısa qüvvələrdən verilmiş tapşırıqdır”.

 

Nəzrin Cavid

Tarix: 29 Mart 2022, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin