BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qarşıda bizi daha böyük zəfərlər gözləyir”

“Fərrux kəndinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə baş tutmuş növbəti uğurumuzdur. Prezident doğru qeyd etmişdi ki, o, nəyi, necə və nə zaman etməyi yaxşı bilir. Fərrux yüksəkliyinin azad edilməsi bir daha sübut etdi ki, Prezident İlham Əliyev hər şeyi nəzarətdə saxlayır və buna uyğun olaraq addımlar atır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti xalqın maraqlarını hər zaman hər şeydən üstün tutur və bu maraqların qorunması üçün lazım olan bütün vacib addımları atır: “Son günlər Xankəndi və ayrı-ayrı rayonlarla bağlı müzakirələr aparılırdı, amma Azərbaycan öz siyasəti və müvafiq addımları ilə bir daha göstərdi ki, milli maraqlar hər zaman öndədir. Biz torpaqlarımızda qanunsuz silahlı birləşmələrin olması ilə bağlı heç zaman barışmayacağıq! İşğalda olan torpaqların azad olunması dövlət siyasətində prioritet istiqamətdir. Fərrux zəfəri də bunun təsdiqi və birbaşa Azərbaycan xalqının qələbəsidir. İnanırıq ki, qarşıda bizi daha böyük zəfərlər gözləyir".

 

Nəzrin Cavid

Tarix: 29 Mart 2022, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin