BURADA REKLAMINIZ OLA
BİLƏR

Politoloq: “Sərt addım atılmalı, Mixail Delyagin “qara siyahı”ya salınmalı, Azərbaycana girişi qadağan olunmalıdır”

“Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanı təhdid etməsi, ümumiyyətlə, onun danışıq tərzi yolverilməzdir. Azərbaycan siyasi rəhbərliyi və ictimaiyyəti bu tərzdə danışığı qəbul edə bilməz. Mütləq sərt addım atılmalı və Mixail Delyagin və Azərbaycana qarşı belə sərt mövqe tutan digər deputatlar "qara siyahı"ya salınmalı, onların ölkəyə girişi qadağan olunmalıdır. Eyni zamanda, parlamentlərarası müzakirə aparılmalı, narazılıq ifadə edilməlidir”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

 

Politoloq bildirib ki, Rusiyanın bəzi dairələri Azərbaycanın regionda artan nüfuzundan ciddi narahatdırlar: “Onlar Azərbaycanı Rusiyanın vassalı kimi görmək istəyirlər. Yəni, hər mənada “çaşıblar”. Belə çıxır ki, bəzi dairələr reallığı olduğu kimi dərk edə bilmirlər. Onlara başa salmaq lazımdır ki, Azərbaycan artıq 20-30 il əvvəlin Azərbaycanı deyil və bizimlə təhdid dili ilə danışmaq olmaz. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanla Rusiya müttəfiq dövlətlərdir. Yəni, bir müttəfiq digərini necə hədələyə və təhdid edə bilər?! Bu, müttəfiqlik münasibətlərinə nə dərəcədə xas olan davranışdır?! Yəqin ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə tədbir görəcək. Hər halda, onu da xüsusi vurğulamaq lazımdır ki, indiyə qədər heç bir azərbaycanlı deputat və ya digər səlahiyyətli şəxs Rusiya əleyhinə belə çıxış etməyib. Ən azından, buna adekvat addım atılmalı idi”.

 

Nəzrin Cavid

Tarix: 29 Mart 2022, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin