BURADA REKLAMINIZ OLA
BİLƏR

Zarafat davaya çevrildi, FHN-nin əməkdaşı iş yoldaşını bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Röyal Qalafqarın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttiham aktına əsasən, hadisə 2021-ci il oktyabrın 28-də paytaxtın Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunda yerləşən Fövqəladə Hallar Nazirliyi (FHN) Maddi-Texniki Təchizat İdarəsinin nəzdində olan “Nəqliyyat servis” MMC-nin 10 nömrəli qarajın əsas giriş hissəsində qeydə alınıb.

Belə ki, həmin şirkətdə usta işləyən Röyal əvvəl həmkarı Pərvizlə zarafat etməyə başlayıb. Daha sonra Pərviz onun zarafatını pis başa düşüb və onlar dava ediblər. Nəticədə Röyal üzərində olan açılıb-qatlanan cib bıçağı ilə zərərçəkmişin qarın nahiyəsinə bir dəfə zərbə vurub.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkünn olub.

Polis əməkdaşları tərəfindən saxlanılan Röyalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçib.

Kamran Məmmədov 

Tarix: 29 Mart 2022, 13:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin