BURADA REKLAMINIZ OLA
BİLƏR

Putinlə Zelenski nə vaxt görüşəcək? - RƏSMİ AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün xarici işlər nazirləri səviyyəsində ilkin razılığın əldə olunması ilə eyni vaxtda mümkün olacağı ehtimalı var.

Pravda.az xəbər verir ki, bunu Ukrayna ilə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib.

O, eyni zamanda qeyd edib ki, Rusiya nümayəndə heyəti Ukrayna tərəfdən aydın şəkildə formalaşmış mövqe və təkliflər alıb.

Medinski onların təhlil olunaraq ölkə rəhbərliyinin diqqətinə çatdırılacağını vurğulayıb.

"Razılıq üçün müqavilə tez bir zamanda işlənib hazırlanarsa və kompromis tapılarsa, sülhün əldə edilməsi ehtimalı daha da artacaq" - Medinski əlavə edib.

Leyla

Tarix: 29 Mart 2022, 16:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin