BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenskinin ofisindən Krımla bağlı TƏKLİF

Ukrayna tərəfi beynəlxalq təhlükəsizlik zəmanəti haqqında saziş imzalamağı təklif edib.

 

Pravda.az "UNİAN"a istinadən xəbər verir ki, bunu İstanbulda Rusiya ilə danışıqların birinci raundunun yekunlarına dair brifinqdə Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

 

Podolyak sazişin detallarını açıqlayıb.

 

O bildirib ki, əvvəla Ukrayna vətəndaşlarının bu sazişlə bağlı mövqe bildirməsi üçün referendum keçirəcək: “Bundan sonra qarant ölkələrin və Ukrayna parlamentlərində o ratifikasiya olacaq”.

 

Podolyakın sözlərinə görə, Krım məsələsi sazişin ayrıca bəndində yer alır və burada Ukrayna tərəfi Ukrayna və Rusiyanın mövqeyini müəyyənləşdirməyi, Krımın və Sevastopolun statusu ilə bağlı 15 il ərzində ikitərəfli danışıqlar aparmağı təklif edir.

 

Qeyd olunan bəndin ayrı bir paraqrafında Ukrayna tərəfi Rusiyaya iki ölkə arasındakı danışıqlar zamanı Krım probleminin həlli üçün hərbi və ya silahlı qüvvələrdən istifadə etməməyi təklif edir.

 

Leyla

Tarix: 29 Mart 2022, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin