BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Rusiyada Azərbaycanın Ukraynaya humanitar yardımlarından narahat olanlar var"

"Hazırda Azərbaycan öz ərazisində anti-terror əməliyyatı aparır, yəni separatçı ermənilər olan yerləri təmizləyir. Biz hər zaman beynəlxalq aləmin qəbul etdiyi sənədlərə uyğun hərəkət etmişik. Bu günlərdə də beynəlxalq hüququn verdiyi haqlarımızdan istifadə edib, torpaqlarımızdakı terrorçuları zərərsizləşdiririk. Bunu dinc və sivil yolla həyata keçiririk. Rusiya dövlətinin bir neçə telekanalında yayımlanan verilişdə dövlətimiz əleyhinə çıxışlar olub. Lakin mən bunu rəsmi mövqe kimi qiymətləndirmirəm, çünki bu mövzunun hər hansı bir teleproqramda müzakirə obyekti olması dövlətin öz rəsmi mövqeyi demək deyil. Rusiyanın deputatı Mixail Delyagin Azərbaycanı “proksi dövlət” adlandırıb. Bundan başqa o, Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını dilə gətirib. Bu gün Azərbaycan Rusiya üçün çox lazımlı müttəfiqdir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, həmin deputatın fikirləri rəsmi Moskvanın mövqeyinə uyğun gəlmir. Buradan da görünür ki, Rusiya daxilində də fərqli fikirlər var, lakin yenə qeyd edirəm, bu dövlətin rəsmi mövqeyi deyil. Biz bu halla 44 günlük müharibə zamanı da rastlaşmışdıq, Jirinovski demək olar ki, İkinci Qarabağ savaşı boyunca Azərbaycan əleyhinə danışdı. Ölkəmiz hazırda Rusiyaya qarşı heç bir sanksiyaya qoşulmayıb, hətta sanksiyalara qarşı durmaqda Rusiya üçün vacib müttəfiqə çevrilib".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputatın sözlərinə görə, Rusiyada da Qarabağda olan sülhməramlıların fəaliyyətinə ehtiyac qalmamasından və Azərbaycanın Ukraynaya humanitar yardımlarından narahat olanlar var, çünki Azərbaycan işğaldan azad olunan ərazilərdə sülhü və sabitliyi özü təmin etməyə başladı, lakin bu, sülhməramlıların əsas öhdəliyi idi: "Necə ki, BMT - nin qətnamələrini ordumuz icra etdi, indi sülhü də, sabitliyi də elə ordumuz təmin edir".


Nəzrin Cavid

Tarix: 29 Mart 2022, 18:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin