BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibə Qafarovanın müzakirələrə səbəb olan çıxışı ilə bağlı açıqlama: “SSR sözü tələffüzdə səhvən yer alıb” - VİDEO

“Gərgin vəziyyətdə bir neçə dəfə söz alıb erməni spikeri tutarlı arqumentlərlə susduran Azərbaycan Respublikası Milli Məclisinin xanım sədrinə dəstək vermək əvəzinə hamısı bir texniki səhvə ilişib qalıb. Demək ki, çıxışda dəfələrlə Azərbaycan Respublikası sözü işlədilib, sonda Cinayət Məcəlləsində bir SSR sözü tələffüzdə səhvən yer alıb, bütün qaragüruh yenə dövrəyə girib. Demək ki, bunları erməniyə verilən cavabların mahiyyəti maraqlandırmır, erməni spikerin Azərbaycanın bütün şərtləri ilə razılaşdığı etirafı heç maraqlandırmır, düşünürlər ki, necə edək ölkənin maraqlarını bu cür platformada müdafiə edənləri qaralayaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

F.Mustafanın sözlərinə görə, bir ləyaqətsizlər Rusiya müdafiə nazirliyinin açıqlamasına isnad edərək ordumuzu qınayırdı ki, niyə Fərruxdan geri çəkilmisiniz, bu gündə onunla eyni mövqedə olanlar öz yüksək səviyyəli çıxışı ilə ermənini çıxılmaz vəziyyətə salan bir Azərbaycan xanımına qarşı təhqirə keçiblər: “Həmin şəraitdə bir cümlə söyləməyə qadir olmayanlar yenə də vətənpərvərlik dərsi keçirlər. Bu qaragüruh ölkəmiz üçün ən azı erməni qədər təhlükəlidir”.

 

Deputat Etibar Əliyev də bu məsələni gündəmə gətirənləri nadan adlandırıb.

Qeyd: Milli Məclisin sədri Sahibə Qafarovanın MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının Almatı şəhərində keçirilən iclasında çıxışı zamanı səslənən “Azərbaycan SSR” ifadəsi müzakirələrə səbəb olub.

 

Nadir

 

Tarix: 29 Mart 2022, 22:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin