BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağstafadakı dəhşətli qəzanın görüntüsü – VİDEO

Xəbər verildiyi kimi, martın 29-da Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az 3 nəfərin ölümü ilə nəticələnən qəzanın görüntülərini təqdim edir.

 

Qeyd: Martın 29-da saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci km-də Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Həsənov Vüsal Asif oğlunun idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, 20-EE-929 dövlət qeydiyyat nişanlı mikroavtobusla onunla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Hüseynov Fərrux Həsən oğlunun idarə etdiyi “Volvo” markalı, 99-JZ-335 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

 

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - Ağstafa rayon sakinləri 1961-ci il təvəllüdlü Məmmədova Familə Fərman qızı, 1966-cı il təvəllüdlü Əliyeva Mirvari Mikayıl qızı və paytaxt sakini 1962-ci il təvəllüdlü Nağıyev Mayıl Hüseyn hadisə yerində ölüb, sürücü Vüsal Həsənov isə xəsarət alıb.

 

Kamal Məmmədov

 

Tarix: 30 Mart 2022, 00:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin