BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə uduzdu

Futbol üzrə Türkiyə millisi yoldaşlıq oyunu keçirib.

 

“Ay-ulduzlular” evdə İtaliya yığmasını qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda hesabı 3-cü dəqiqədə meydan sahibləri açıblar. Cengiz Ünder 4-cü dəqiqədə fərqlənib. 35-ci dəqiqədə Brian Kristante tarazlığı bərpa edib. Cəmi 4 dəqiqə sonra Cakomo Raspadori 2-ci topu Türkiyə millisinin qapısından keçirib. 22 yaşlı hücumçu 69-cu dəqiqədə dubl edib. Görüşdə son nöqtəni isə Serdar Dursun qoyub. "Fənərbağça"nın forvardı 83-cü dəqiqədə Çağlar Söyüncünün ötürməsini qola çevirib.

 

Qeyd edək ki, Türkiyə və İtaliya yığmaları pley-off mərhələsində müvafiq olaraq Portuqaliya və Şimali İrlandiyaya uduzaraq, DÇ-2022-dən kənarda qalıb.

 

Report

Tarix: 30 Mart 2022, 00:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin