BURADA REKLAMINIZ OLA
BİLƏR

Şagirdlərin fərqli geyimdə məktəbə getmələrinə yol verilməyəcək

Növbəti tədris ilindən şagirdlərin ümumi təhsil müəssisələrinə fərqli geyimdə getmələrinə yol verilməyəcək.

 

Bu barədə Təhsil Nazirliyindən xəbər verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” Qanununa əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün təsvirləri müvafiq qurum tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir. Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə gəlməsinə yol verilməyəcək.

 

"Nazirlər Kabinetinin müvafiq Qərarına görə, təsdiq edilmiş geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Beləliklə, məktəblər 1 tədris ili ərzində yeni geyim formalarına tədricən keçəcəklər" - deyə, açıqlamada qeyd olunub.

 

APA

Tarix: 30 Mart 2022, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin